Məhəmməd ibn Rəşid Əl Məktum
Məhəmməd ibn Rəşid əl-Məktum (ərəb. محمد بن راشد آل مكتوم; d. 15 iyul 1949, Dubay) — Birləşmiş Ərəb Əmirliklərinin baş naziri və dövlət başçısının köməkçisi və Dubay əmirliyinin mütləq hökmdarı. Birləşmiş Ərəb Əmirliklərinin yaradıcılarından biri olan Dubay əmiri Şeyx Rəşid ibn Səid Əl-Məktumun böyük oğlu.
4 yaşında Məhəmməd xüsusi müəllimlər tərəfindən ərəb dili və İslama dair dərs alıb. 1955-ci ildə o “Əl-Əhmədiyyə”də ibtidai təhsilə göndərilib. Burada o, ərəb dili qramatikası, riyaziyyat, coğrafiya, ingilis dili öyrənib.
Çalışqanlığına, fəallığına görə, seçilən şagird olan Məhəmməd 10 yaşında "Əl-Şaab" məktəbinə, iki il sonra Dubay orta məktəbinə gedib. Təhsilini davam etdirmək üçün 1966-cı ildə ailəsi onu Böyük Britaniyaya göndərib. "Bell Educational Trusts English Language School"da təhsil alıb.